Bank Of Baku

Azərbaycanda bankların xalis mənfəəti 4% artıb

Azərbaycanda bankların xalis mənfəəti 4% artıb
# 22 avqust 2024 11:27 (UTC +04:00)

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın bank sektoru 682.8 milyon manat xalis mənfəət əldə edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 4.2% çoxdur. Belə ki, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın bank sektoru 655.3 milyon manat xalis mənfəət əldə edib.

Qeyd edək ki, bu dövrdə bankların xalis faiz gəlirləri illik müqayisədə 10.4% artaraq 1,616.9 milyon manata, əməliyyat mənfəəti 9% artaraq 1,016 milyon manata bərabər olub. Bankların mənfəət vergisi ödəmələri isə 6.1% azalaraq 153,4 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR