Bank Of Baku

Azərbaycanda bankların xalis mənfəəti 54% artıb

Azərbaycanda bankların xalis mənfəəti 54% artıb
# 24 fevral 2023 11:51 (UTC +04:00)

Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 90.3 milyon manat xalis mənfəət əldə edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 54% çoxdur. 2022-ci ilin yanvar ayında Azərbaycanın bank sektoru 58.6 milyon manat xalis mənfəət əldə edib.

Bu dövrdə bankların xalis faiz gəlirləri 44.9% artaraq 200.6 milyon manata, əməliyyat mənfəəti isə 50% artaraq 134.5 milyon manata bərabər olub.

Hesabat dövründə banklar 22.7 milyon manat mənfəət vergisi ödəyiblər.

Şükran Məmmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR