Azərbaycanda bu il idxal rüsumundan azadolmaların həcmi 5 milyard dolları ötüb

Azərbaycanda bu il idxal rüsumundan azadolmaların həcmi 5 milyard dolları ötüb
# 24 iyul 2024 14:35 (UTC +04:00)

Bu ilin birinci yarısında qeyri-monetar qızılın idxalının həcminin kəskin artması səbəbindən aparılmış idxal əməliyyatlarının tərkibində idxal rüsumundan azadolmaların həcmi 59,3% olmaqla 5 257,8 milyon ABŞ dolları, ƏDV üzrə güzəştlərin həcmi isə 30,6% olmaqla 2 714 milyon ABŞ dolları təşkil edib.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verib.

Məlumata görə, 2024-cü ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 21 768,2 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 8 867,2 milyon ABŞ dollarını (* 747,8 milyon ABŞ dolları qeyri-monetar qızıl) və ya 40,7 faizini isə ölkəyə idxal olunmuş malların, 12 901 milyon ABŞ dollarını və ya 59,3 faizini ölkədən ixrac olunmuş malların dəyəri təşkil edib, nəticədə 4 033,8 milyon ABŞ dollar məbləğində müsbət saldo yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR