Bank Of Baku

Azərbaycanda bu il ÜDM-in həcmi 100 mlrd. manatı ötəcək - S&P

Azərbaycanda bu il ÜDM-in həcmi 100 mlrd. manatı ötəcək - S&P
# 24 yanvar 2022 12:04 (UTC +04:00)

"S&P Global Ratings" (S&P) beynəlxalq reytinq agentliyinin gözləntilərinə əsasən, bu ilin yekunlarına görə, Azərbaycanda nominal ÜDM-in həcmi 103 mlrd. manat təşkil edəcək.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, 2023-cü ildə nominal ÜDM-in həcmi 101 mlrd. manat, 2024-cü ildə 99 mlrd. manat, 2025-ci ildə isə yenidən 103 mlrd. manat təşkil edəcək.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun son proqnozlarına görə, Azərbaycanda nominal ÜDM-in həcmi 100 mlrd. manat həddini yalnız 2025-ci ildə keçərək 103,7 mlrd. manat olacaq. Azərbaycan hökumətinin proqnozuna görə də, ölkədə nominal ÜDM-in həcmi 100 mlrd. manatı səviyyəsini 2025-ci ildə keçəcək.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda nominal ÜDM-in həcmi 92,858 mlrd. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR