Bank Of Baku

Azərbaycanda debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 25%-dən çox artıb

Azərbaycanda debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 25%-dən çox artıb
# 02 oktyabr 2019 12:06 (UTC +04:00)

Bu ilin sentyabrın 1-nə Azərbaycanda debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 1,904 mlrd. manat təşkil edib ki, bu göstərici son bir ayda 13,5% azalıb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi ilin əvvəlindən 3,7%, son bir ildə isə 25,5% artıb.

Cari ilin sentyabrın 1-nə debet və kredit kartları ilə 13,678 mln. əməliyyat aparılıb. Bu göstərici son bir ay ərzində 8% azalsa da, ilin əvvəli ilə müqayisədə 17%, son bir ildə isə 39,2% artıb.

Ümumiyyətlə, sentyabrın 1-nə ölkədə 7,209 mln. ədəd ödəniş kartı olub ki, bu da illik müqayisədə 15,8% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR