Azərbaycanda e-ticarətin həcmi rekorda çatıb - QRAFİK

Azərbaycanda e-ticarətin həcmi rekorda çatıb - QRAFİK
# 24 yanvar 2022 17:35 (UTC +04:00)

Ötən ilin dekabr ayında Azərbaycan əhalisi tərəfindən bank kartları ilə elektron ticarət (e-ticarət) şəbəkəsində 1,076 mlrd. manat həcmində ödəniş həyata keçirilib. Bu, indiyədək qeydə alınan ən yüksək aylıq göstəricidir. Bundan əvvəlki rekord ötən ilin noyabrında qeydə alınıb – 914 mln. manat.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, dekabrda bu göstərici noyabr ayı ilə müqayisədə 17,7%, 2020-ci ilin eyni ayı ilə müqayisədə isə 2,5 dəfə artıb.

Qeyd edək ki, 2021-ci ildə əhali e-ticarət şəbəkəsində 7,208 mlrd. manat həcmində ödənişlər həyata keçirib, bu da 2020-ci illə müqayisədə 86% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR