2023-cü ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,7% artaraq 30302,9 milyon manat və ya hər nəfərə orta hesabla 2989,1 manat olub.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, əhalinin sərəncamında qalan gəlirləri 26622,9 milyon manat təşkil edib.