Azərbaycanda elektromobil və hibrid avtomobillərə aşağı ilkin ödənişlərə kredit verilişinə başlanılır.
"APA-Economics" xəbər verir ki, ilkin olaraq "Kapital Bank" yeni kredit məhsulunu bazara çıxarmağa hazırlaşır. Bu barədə Bankın Pərakəndə satış departamentinin direktoru Məhəmməd İbrahimov məlumat verib. O bildirib ki, təklif edilən kreditin həcmi 100 min manat təşkil edir. Kreditin müddəti 48 ay, ilkin ödəniş 10%, kredit üzrə faiz 7% olacaq.
"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Pərakəndə bankçılıq departamentinin direktoru Rüfət Abbasov isə bildirib ki, ekoloji təmiz nəqliyyat vasitələri üzrə krediti bank 24 ay müddətinə 13% faiz, 24-60 ay müddətində isə 14%-lə təklif edəcək.