Azərbaycanda ən aşağı və ən yuxarı faizlə nağd pul krediti təklif edən banklar məlum olub.
"APA-Economics”in araşdırmasına görə, hazırda Azərbaycan bankları nağd pul kreditlərini 12-29%-lə təklif edir.
Nağd pul kreditini ən aşağı faizlə “Xalq Bank” (12%), ən yüksək faizlə isə “Paşa Bank” verir (29%).
Bu kredit üzrə banklar tərəfindən təyin edilən komissiya 0-5% arasında dəyişir. “Bank Respublika”, “Ekspress Bank”, ”Turan Bank”, ”Naxçıvan Bank” və “Bank BTB” nağd pul krediti üzrə komissiya tutmur. ABB, “Kapital Bank”, “Bank of Baku” və “Yelo Bank” isə bu kredit üzrə komissiyanı fərdi olaraq müəyyən edir.
Azərbaycan bankları nağd pul kreditini 3-60 ay müddətinə təklif edir. Kreditin həcmi isə 200 – 50 000 manat arasında dəyişir.
Qeyd edək ki, Azərbaycan bankları arasında yalnız “Muğan Bank” nağd pul krediti vermir. “Günay Bank” yalnız əmək haqqı kartı öz bankından olanlara bu xidməti göstərir. “Ziraat Bank”dan isə bildirilib ki, nağd pul krediti əmək haqqı minimum 1500 manat olan və zamin göstərən şəxslər üçün keçərlidir.
Bankların nağd pul krediti üzrə şərtləri daha ətraflı aşağıdakı kimidir:
|
Banklar |
Faiz dərəcəsi |
Müddət (ay) |
Məbləğ |
Komissiya |
|
“Access Bank” |
14% |
6-48 |
500-30.000 |
1% |
|
“Azərbaycan Beynəxalq Bankı” |
14.9% |
12 |
Fərdi baxılır |
|
|
16.9% |
24 |
|||
|
17.9% |
36 |
|||
|
18.9% |
48 |
|||
|
“Kapital Bank” |
15% |
60 |
30.000 |
Fərdi baxılır |
|
“Azərbaycan Sənayə Bankı” |
15-21% |
36 |
500-20.000 |
1% |
|
“Günay Bank” |
Əmək haqqını “Günay Bank”dan olanlara kredit verilir. |
|||
|
“Rabitə Bank” |
17% |
3-36 |
200-15000 |
1% |
|
“Azər-Türk Bank” |
17% |
3-48 |
300-20.000 |
1% |
|
“Bank of Baku” |
14-28% |
60 |
30.000 |
Fərdi baxılır |
|
“Muğan Bank” |
Bu xidmət göstərilmir |
|||
|
“UniBank” |
16% |
60 |
300-20.000 |
1-5% |
|
“Paşa Bank” |
21-29% |
48 |
- |
1% |
|
“Yelo Bank” |
13% |
48 |
30.000 |
Fərdi baxılır |
|
“Xalq Bank” |
12-16% |
48 |
5000 |
0.2% |
|
“Bank VTB” |
13.99% |
6-60 |
300-30.000 |
1.5% |
|
“Bank Respublika” |
14% |
6-48 |
500-50.000 |
0% |
|
“Turan Bank” |
13.7% |
Fərdi baxılır |
0% |
|
|
“Yapı kredi Bank” |
20-21% |
3-36 |
300-5000 |
Fərdi baxılır |
|
“Ekspress Bank” |
14% |
60 |
30.000 |
0% |
|
“Melli İran Bank” |
17-19% |
36 |
Fərdi baxılır |
1% |
|
“Ziraat Bank” |
Fərdi baxılır |
|||
|
“Naxçıvan Bank” |
14-17% |
6-48 |
500-35.000 |
0% |
|
“Premium Bank” |
25% |
24 |
Fərdi baxılır |
1% |
|
“Bank Avrasiya” |
15% |
60 |
100.000 |
1% |
|
Bank“BTB” |
18% |
48 |
30.000 |
0% |
|
Bank “AFB” |
14% |
3-48 |
300-30.000 |
1-2% |
Arzu Rövşən