Azərbaycanda 2020-ci ildə dövlət büdcəsinin xərcləri 25 617,7 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7mln. manat çoxdur.
Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, büdcə xərclərinin tərkibində socialyönlü xərclərin xüsusi çəkisi 40,7% təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 9,9 faiz bəndi və ya 2 664,2 mln. manat çoxdur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları iləminimum əmək haqqının, bir sıra sosial müavinətlərin vətəqaüdlərin, dövlət qulluqçularının, hüquq muhafizəorqanları əməkdaşlarının, müəllimlərin, büdcədən maliyyələşən bir sıra digər təşkilatlarda çalışanların əmək haqqlarınınartırılması, habeləəmək pensiyasının minimum məbləğinin artırılması haqqında qanunvericiliyəedilən dəyişikliklər sosialyönlü xərclərin artımını şərtləndirib.
2020-ci ildə əməyin ödənişi üzrə xərclər 6 723,4 mln. manat, təqaüdlər və sosial müavinətlər üzrə xərclər 3 213,4 mln. manat (o cümlədən, DSMF-ə transfert 1 426,9 mln. manat), icbari tibbi sığortanın tətbiqi iləbağlı xərclər 902,9 mln. manat, ərzaq məhsullarının alınması və təminatı xərci 414 mln. manat və digər sosialyönlü xərclər 81,2 mln. manat təşkil edəcək.