Bank Of Baku

Azərbaycanda həyat və qeyri-həyat sığortası artıb

Azərbaycanda həyat və qeyri-həyat sığortası artıb
# 27 fevral 2023 13:45 (UTC +04:00)

2023-cü ilin yanvar ayında Azərbaycanda həyat sığortası növlərinin hesabına 34 mln. 153 min manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 81 mln. 309 min manat sığorta haqqı toplanılıb.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar ayı ilə müqayisədə həyat sığortası üzrə yığımlar 36% və ya 9 mln. 152 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 9.7% və ya 7 mln. 191 min manat artıb.

Qeyd edək ki, hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 4 dəfə artaraq 19 mln. 673 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 56.6% artaraq 7 mln. 197 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar ayında həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 57.3 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin yanvar ayında 19.3 manata bərabər olub. Bu ilin yanvar ayı ərzində qeyri-həyat sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 8.9 manat təşkil edib ki, bu göstərici ötən ilin yanvar ayında 6.2 manata bərabər idi.

Şükran Məmmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR