Bu ilin mart ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 211,8 mln. manat xərclənib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici 2021-ci ilin eyni dövrü ilə müqayisədə 10,6%, bu ilin fevral ayı ilə müqayisədə isə 18,6% artıb.
Qeyd edək ki, 2022-ci ilin I rübündə əhali yanacağa 572,8 mln. manat xərcləyib ki, bu da 2021-ci ilin analoji rübü ilə müqayisədə 11,4% çoxdur.