Bank Of Baku

Azərbaycanda I yarımildə dövlət istiqrazları üzrə 955 mln. manat ödəniş edilib

Azərbaycanda I yarımildə dövlət istiqrazları üzrə 955 mln. manat ödəniş edilib
# 22 avqust 2024 19:03 (UTC +04:00)

2024-cü ilin I yarımili ərzində daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 825,5 milyon manat məbləğində əsas borc ödənişləri investorlara geri qaytarılıb.

APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövrü ərzində investorlara 170,1 milyon manat məbləğində faiz və diskont ödənişləri həyata keçirilib.

Beləliklə, I yarımildə Azərbaycanda daxili maliyyə bazarında investorlara dövlət istiqrazları üzrə 955.6 mln. manat ödəniş edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR