Bank Of Baku

Azərbaycanda ixracın təşviqinə bu il 7 mln. manatdan çox vəsait ödənilib

Azərbaycanda ixracın təşviqinə bu il 7 mln. manatdan çox vəsait ödənilib
# 26 sentyabr 2019 12:25 (UTC +04:00)

Bu ilin əvvəlindən bu günədək ixrac təşviqinin ödənilməsi üzrə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) 784 müraciət daxil olunub.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azpromo-nun rəhbəri Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, daxil olan müraciətlərdən 768-i üzrə müsbət qərar qəbul olunaraq müvafiq sayda sərəncamlar verilib.

"Ödənilən ixrac təşviqinin məbləği 7,11 mln. manatdan artıq təşkil edib ki, bu da, düşünürəm, kifayət qədər böyük rəqəmdir. Bunun nəticəsində əlavə olaraq 118 mln. ABŞ dollarından artıq məhsul ixrac olunub", - deyə Y. Abdullayev qeyd edib.

Y. Abdullayev əlavə edib ki, ümumi olaraq 2016-cı ildən etibarən 15 mln. manatdan artıq  ixrac təşviqi üzrə ödənişlər təqdim edilib. Yalnız bu il sahibkarlara 7 mln. manatdan çox ixrac təşviqi üzrə ödənişlər verilib: "Verilən ixrac təşviqi müqabilində 250 mln. dollardan artıq məhsulların ixracı təşviq olunub".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR