Bank Of Baku

Azərbaycanda kart əməliyyatlarında nağdsız ödənişlərin həcmi 58% artıb

Azərbaycanda kart əməliyyatlarında nağdsız ödənişlərin həcmi 58% artıb
# 04 oktyabr 2019 11:15 (UTC +04:00)

Azərbaycanda kart əməliyyatlarında nağdsız ödənişlərin payı artmaqda davam edir.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev VI-cı İnvestor Yarmarkasında çıxış edərkən bildirib

"Bu ilin yanvar-avqust aylarının nəticələrinə görə, kart əməliyyatlarında nağdsız ödənişlərin həcmi 2 mlrd. manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 58% çoxdur. Nağdsız ödənişlərin ümumi kart dövriyyəsində payı 20,4% təşkil edib ki, bu da 4,2 faiz bəndi artım deməkdir", - deyə Z. Nuriyev qeyd edib.

O həmçinin əlavə edib ki, avqustun sonuna ölkədə 7,2 mln. plastik kart qeydiyyata alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR