Bank Of Baku

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 10%-dən çox artıb

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 10%-dən çox artıb
# 05 yanvar 2026 17:21 (UTC +04:00)

2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 8 milyard 696 milyon manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.2% və ya 806 milyon manat artıb.

Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 5 milyard manatı elektron ticarət, 1 milyard 973 milyon manatı POS-terminallar, 1 milyard 360 milyon manatı bankomatlar, 327 milyon manatı isə xaricdə aparılan əməliyyatlar vasitəsilə həyata keçirilib.

Xatırladaq ki, 2025-ci il dekabr ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 97 min təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR