Bank Of Baku

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 8% artıb

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 8% artıb
# 02 fevral 2026 13:29 (UTC +04:00)

2025-ci il Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 9 milyard 483 milyon manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici əvvəlki müvafiq dövrü ilə müqayisədə 8% və ya 699 milyon manat artıb.

Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 5 milyard 473 min manatı elektron ticarət, 2 milyard 176 milyon manatı POS-terminallar, 1 milyard 473 milyon manatı bankomatlar, 358 milyon manatı isə xaricdə aparılan əməliyyatlar vasitəsilə həyata keçirilib.

Xatırladaq ki, 2026-ci il yanvar ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 77 min təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR