Bank Of Baku

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi kəskin artıb

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi kəskin artıb
# 08 yanvar 2025 13:17 (UTC +04:00)

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 7 milyard 890 milyon manat təşkil edib.

APA-Economics” xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 40.7% və ya 2 milyard 282 milyon manat artıb.

Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 4 milyard 313 milyon manatı elektron ticarət vasitəsi ilə, 1 milyard 937 milyon manatı POS-terminallar vasitəsi ilə, 1 milyard 321 milyon manatı bankomatlar vasitəsi ilə, 307 milyon manatı ölkə xarici əməliyyatlar vasitəsi ilə 9 milyon manatı isə özünəxidmət terminalları vasitəsi ilə həyata keçirilib.

Xatırladaq ki, 2024-cü il dekabr ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 248 min təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR