Bank Of Baku

Pərviz Şahbazov: Azərbaycan və Böyük Britaniya yeni işçi qrupları yaradacaq

Pərviz Şahbazov: Azərbaycan və Böyük Britaniya yeni işçi qrupları yaradacaq
# 06 oktyabr 2026 15:47 (UTC +04:00)

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qruplarının yaradılması üzərində işləyəcək.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclasında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, energetika, texnologiya, nəqliyyat, rəqəmsal transformasiya və süni intellekt daxil olmaqla müzakirə olunan sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.

“Yəqin ki, növbəti iclası gözləməyəcəyik, əlaqələri davam etdirəcəyik. Bütün bu məsələləri praktiki şəkildə müzakirə etmək və mümkün qədər tez konkret nəticələr əldə etmək üçün son dərəcə vacib olan işçi qruplarının yaradılmasına çalışacağıq”, – Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, mövcud əməkdaşlığın dərinliyi ilə yanaşı, müzakirələr gələcəkdə istifadə edilə biləcək əhəmiyyətli potensialın olduğunu da göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR