2023-cü il ərzində respublika üzrə 4937 məcburi audit subyektindən 2962-i (60%-i) auditdən keçib, 1975-i ( 40%-i) isə auditdən keçməyib.
Bu barədə “APA-Economics” Auditorlar Palatasına istinadən xəbər verir.
Qeyd edək ki, Azərbaycanda səhmdar cəmiyyətlərin 163-ü (43%-i), məhdud məsuliyyətli cəmiyyətlərin 920-i (32%-i), bələdiyyələrin 862-i ( 53.7%-i), siyasi partiyaların isə 30-u (60%-i) auditdən keçməyib.