Bank Of Baku

Azərbaycanda ödəniş kartlarının sayı 16 milyona çatıb

Azərbaycanda ödəniş kartlarının sayı 16 milyona çatıb
# 24 oktyabr 2023 11:30 (UTC +04:00)

2023-cü il oktyabr ayının 1-nə banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 270 min ədəd artaraq 15 milyon 939 min ədəd təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.8% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20.4%, kredit kartları üzrə 23.8% təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 91 min, kredit kartları 411 min, digər kartlar isə 2.2 mln. ədəd artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR