Bank Of Baku

Azərbaycanda orta illik inflyasiya 6%-ə yaxınlaşıb

Azərbaycanda orta illik inflyasiya 6%-ə yaxınlaşıb
# 10 oktyabr 2025 13:21 (UTC +04:00)

2025-ci ilin sentyabr ayında Azərbaycanda inflyasiya 5,7 faizə yüksəlib.

"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, istehlak qiymətləri indeksi qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,9 faiz, qeyri-qida məhsulları üzrə 102,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,3 faiz təşkil edib.

2025-ci ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7 faiz təşkil edib.

2025-ci ilin sentyabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,7 faiz təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR