Bank Of Baku

Azərbaycanda ötən il nağdsız ödənişlərin həcmi 11 mlrd. manatı keçib

Azərbaycanda ötən il nağdsız ödənişlərin həcmi 11 mlrd. manatı keçib
# 24 yanvar 2022 17:32 (UTC +04:00)

2021-ci ildə Azərbaycanda debet və kredit kartları vasitəsilə 11,172 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 82,7% çoxdur.

Sözügedən nağdsız ödənişlərin 37 mln. manatı ATM-lər, 3,926 mlrd. manatı POS-terminallar, 7,208 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, dekabrda elektron ticarətdə həyata keçirilən nağdsız ödənişlərin həcmində yeni tarixi rekord qeydə alınıb. Belə ki, təkcə dekabrda elektron ticarət şəbəkəsində istifadəçilər 1,076 mlrd. manatlıq ödənişlər həyata keçiriblər. Bu, indiyədək qeydə alınan ən yüksək aylıq göstəricidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR