Bank Of Baku

Azərbaycanda problemli kreditlərin həcmi ötən il 19% azalıb

Azərbaycanda problemli kreditlərin həcmi ötən il 19% azalıb
# 24 yanvar 2022 14:17 (UTC +04:00)

Bu ilin yanvarın 1-nə Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin həcmi 719,4 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 8,5% azalıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, illik müqayisədə problemli kreditlərin həcmi 19,4% azalıb.

Sözügedən kreditlərin ümumi portfeldəki payı dekabr ayı ərzində 0,5 faiz bəndi, illik müqayisədə 1,9 faiz bəndi azalaraq 4,2% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR