Azərbaycanda pul bazası 16%-dən çox artıb

Azərbaycanda pul bazası 16%-dən çox artıb
# 01 mart 2024 14:41 (UTC +04:00)

2024-cü il martın 1-nə Azərbaycanda pul bazası ötən aya nisbətən 0.7% və ya 139.3 milyon manat azalaraq 20 milyard 131.8 milyon manata enib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 3.6% və ya 743.2 milyon manat azalıb, son 1 ildə isə 16.7% və ya 2 milyard 883 milyon manat artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR