2025-ci ilin yanvar - sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 12 milyard 455,8 milyon manat vergi daxil olub, proqnoza 105,2 faiz əməl edilib.
Bu barədə " APA-Economics"ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 425,3 milyon manat və ya 3,5 faiz artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 9 milyard 173,2 milyon manat olub, proqnoz 103 faiz icra edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 755,7 milyon manat və ya 9 faiz artıb.
Ödənilən vergilərin 73,6 faizi qeyri-neft-qaz sektorunun, 26,4 faizi isə neft-qaz sektorunun payına düşüb.