Aprelin 25-də “Xırdalan – Rabitə-Tikinti” ATSC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
"APA-Economics" şirkətə istinadən xəbər verir ki, növbədənkənar ümumi yığıncaqda “Xırdalan – Rabitə-Tikinti” ATSC-nin 2021-2022-ci maliyyə ilinin yekunlarının müzakirəsi və təsdiqi, Cəmiyyətin uzunmüddətli fəaliyyətsizliyi nəticəsində fərdi səhmdarlara (kommunal xidmət ödənişləri, mühafizə xidməti ödənişləri, əmlak, torpaq və s. vergi ödənişlərini həyata keçirən səhmdar) dəymiş ziyanın ödənilməsi, o cümlədən səhmdarların problemləri və təklifləri müzakirə ediləcək.
Qeyd edək ki, şirkətin səhmdarlarının növbəti illik ümumi yığıncağı Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi 10/61 nömrəli ünvanda baş tutacaq.