Azərbaycanda sistem əhəmiyyətli sığorta şirkətləri müəyyən ediləcək

Azərbaycanda sistem əhəmiyyətli sığorta şirkətləri müəyyən ediləcək
# 13 fevral 2024 09:55 (UTC +04:00)

Azərbaycanda sistem əhəmiyyətli sığorta şirkətlərinin qiymətləndirilməsi üçün meyarlar təsdiq edilib.

"APA-Economics" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi Meyarları”nın təsdiq edilməsi barədə qərar imzalayıb. Qərara əsasən, cəmi aktivlərinin çəkisi 20%, sığorta yığımları 10%, sığorta müqavilələrinin sayı 10%, sığortaçının maliyyə təşkilatları qarşısındakı öhdəlikləri, maliyyə təşkilatlarında yerləşdirdiyi aktivləri və təkrarsığorta haqları 6,67% olan, xüsusi sığorta növləri üzrə sığorta (təkrarsığorta) haqları 30%, Sığorta (təkrarsığorta) portfelinin çeşidliliyi 10% olan sığortaçılar sistem əhəmiyyətli sığorta şirkətləri hesab ediləcək.

Sığortaçının sistem əhəmiyyətliliyi hər il üçün son 3 ilin illik hesabatlarına əsasən qiymətləndirilir. Əgər sığortaçı 3 ildən az müddətdə fəaliyyət göstərirsə, bu zaman fəaliyyətdə olduğu illər üzrə illik hesabatlar əsas götürülür. Sistem əhəmiyyətli sığortaçıların siyahısı isə hər il 1 mart tarixinədək Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR