Bank Of Baku

Azərbaycanda ÜDM-in həcmi pandemiyadan əvvəlki səviyyəni ötüb

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 19 yanvar 2022 11:05 (UTC +04:00)

Azərbaycanda ÜDM-in nominal həcmi 93 mlrd. manata çatıb və bu, 2019-cu illə müqayisədə 11 mlrd. manatadək çoxdur.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir əlavə edib ki, 2020-ci ildə pandemiya səbəbindən ÜDM-in həcmi azalsa da, ötən il bu göstərici 2019-cu ilə nisbətən bərpa olunmaqla yanaşı, həm də artıb.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda 92 857,7 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6% çox ÜDM istehsal olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR