2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda xarici vətəndaşların bank kartları vasitəsi ilə aparılan əməliyyatların həcmi 1,3 milyard manata çatıb.
"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilib. Məlumata görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
2022-ci ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 213,6 milyon manat təşkil edib ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 2,2 dəfə çoxdur.