Bank Of Baku

Azərbaycanda yeni kommersiya qurumlarının sayı 13% artıb

Azərbaycanda yeni kommersiya qurumlarının sayı 13% artıb
# 11 mart 2022 17:57 (UTC +04:00)

2022-ci ilin martın 1-nə respublika üzrə uçotda olan 1 352 229 vergi ödəyicisinin 87,9%-i fiziki şəxslər, 12,1%-i hüquqi şəxslər və digər təşkilatlar olub.

"APA-Economics"in Azərbaycan Dövlət Vergi Xidmətinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,8%, o cümlədən fiziki şəxslərin sayı 10,1%, hüquqi şəxslərin sayı isə 7,8% artıb.

Yanvar-fevral ayları ərzində 2 163 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2% çoxdur. Həmin kommersiya qurumlarının 84,9%-i elektron qaydada, 15,1%-i kağız daşıyıcılarında edilmiş müraciətlər əsasında qeydiyyata alınıb. 2 163 kommersiya qurumundan 89,8%-i yerli investisiyalı, 10,2%-i xarici investisiyalı müəssisələrdir. 364 kommersiya qurumunun ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR