Yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində görülən işlər nəticəsində ölkə ərazisində 90.138 ədəd NKA quraşdırılıb.
“APA-Economics” xəbər verir ki, 2023-ci ilin yanvar-may ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 8,5 milyard manatdan çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18% çoxdur.