Bu ilin yanvar-avqust aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 996,8 mln. ABŞ dollarına bərabər olub.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 122,7 mln. dollar və ya 14% çoxdur. Ümumiyyətlə, cari ilin ilk səkkiz ayında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 10,62% təşkil edib.
Qeyd edək ki, yeyinti məhsulları üzrə ən çox tələbat meyvə-tərəvəz və buğdaya olub.