Bank Of Baku

Azərbaycandakı bankların aktivləri 7,6% artıb

Azərbaycandakı bankların aktivləri 7,6% artıb
# 30 sentyabr 2019 16:23 (UTC +04:00)

Bu ilin 31 avqust tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 30 269,1 mln. manat, cəmi öhdəlikləri isə 25 655,5 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4 613,6 mln. manat olub.

APA-Economics”in Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bank sektorunun aktivləri 7,6%, öhdəlikləri 6,6%, sektorun balans kapitalı isə 14% artıb.

Avqust ayına sektorun aktivlərinin 44,7%-ni kredit portfeli təşkil edib. Ay ərzində kredit portfeli 1,4% (184,1 mln. manat) artaraq 31 avqust 2019-cu il tarixinə 13 526,4 mln. manat təşkil edib. Kredit portfelinin 61,5%-ni biznes, 38,5%-ni isə istehlak kreditləri təşkil edib. Ay ərzində istehlak kreditləri 2,4%, biznes kreditləri isə 0,8% artıb. Aktivlərin 45,7%-ni xarici valyutada olan aktivlər təşkil edib. Kredit portfelinin 34,8%-i xarici valyutada olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR