Bank Of Baku

Azərbaycandakı bankların cəmi aktivləri 7% artıb

Azərbaycandakı bankların cəmi aktivləri 7% artıb
# 30 iyul 2019 17:20 (UTC +04:00)

Bu ilin 30 iyun tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 980,1 mln. manat, cəmi öhdəlikləri isə 25 380,5 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4 599,6 mln. manat olub.

APA-Economics”in Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bankların cəmi aktivləri 7,1%, cəmi öhdəlikləri 5,4%, sektorun balans kapitalı isə 13% artıb.

İyun ayına sektorun aktivlərinin 43,8%-ni kredit portfeli təşkil edib. Cari ilin ilk yarısında kredit portfeli 4,1% (517,7 mln. manat) artaraq, ümumi kredit portfeli ayın sonuna 13 146,0 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR