2021-ci ilin dekabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 171,7 mln. manat təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 6 dəfədən çox artıb.
Ümumilikdə ötən il ərzində isə əcnəbilər bank kartları vasitəsi ilə 1,3 mlrd. manatlıq əməliyyat aparıb ki, bu da 2020-ci ilin göstəricisini 3 dəfə üstələyir.