Bu ilin yanvarın 1-nə Azərbaycanın bank sektorunda kredit qoyuluşlarının həcmi 16 659,1 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bu göstərici son bir ayda 2,3%, ötən ilin əvvəlindən isə 17,7% artıb.