Bank Of Baku

Azərbaycanın bank sektorunun aktivləri 8%-ə yaxın artıb

Azərbaycanın bank sektorunun aktivləri 8%-ə yaxın artıb
# 28 yanvar 2026 10:19 (UTC +04:00)

Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 57 milyard 86,2 milyon manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 7,7 % çoxdur.

Bankların aktivlərinin 30,063 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 9.4% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 51.8%-dən 52.7%-ə yüksəlib.

Hesabat dövründə, bank sektorunun öhdəlikləri 7.2% artaraq 49,743.7 milyon manata, o cümlədən depozit portfeli 1.6% artaraq 38,221.9 milyon manata çatıb. Bunun 16,323.5 milyon manatı fiziki, 21,898.4 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 14.2% artıb, şirkətlərin banklardakı vəsaitləri isə 6.4% azalıb.

Bank sektorunun balans kapitalı isə 10.9% artaraq 7,342.5 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR