Azərbaycanın bank sektoru ötən il 1 milyard 161.6 milyon manat xalis mənfəət əldə edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, qeyd olunan göstərici əvvəlki illə müqayisədə 11.2% çoxdur.
Hesabat dövründə bankların xalis faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.2% artaraq 3 milyard 105.7 milyon manat, əməliyyat mənfəəti isə 12% artaraq 1 milyard 862 milyon manata bərabər olub. Bu dövrdə bankların mənfəət vergisi ödəmələri isə 316.8 milyon manat təşkil edib.