Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı banklar 366,3 mln. manat xalis mənfəət əldə ediblər.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% azalıb.
Bank sektorunun əməliyyat mənfəəti isə 502,4 mln. manat mln. manat təşkil edib ki, bu da illik müqayisədə 16,7% çoxdur.
Qeyd edək ki, ilin ilk yarısında ölkədəki bankların xalis faiz gəliri 730,7 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 7,4% çoxdur.