Ötən il ərzində Azərbaycandakı banklar 609 mln. manat xalis mənfəət, 942,8 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, bankların xalis mənfəəti illik müqayisədə 7,3%, əməliyyat mənfəəti isə 17,3% artıb.