Bank Of Baku

Azərbaycanın bir sıra maliyyə institutları ilə tərəfdaşlığı müzakirə edilib

Azərbaycanın bir sıra maliyyə institutları ilə tərəfdaşlığı müzakirə edilib
# 20 oktyabr 2025 13:11 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak çərçivəsində bir sıra maliyyə institutları ilə görüşüb.

APA-Economics” xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov “X” sosial şəbəkə hesabında bildirib.

Abu-Dabi Kommersiya Bankı, “Mizuho Bank”, “UBS”, Nyu-York Federal Ehtiyatlar Sistemi kimi maliyyə qurumları ilə keçirilən görüşlərdə qlobal makroiqtisadi vəziyyət, Azərbaycanın maliyyə sektorunun cari trendləri və inkişaf perspektivləri, həmçinin maliyyə sektorları arasında tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub” - deyə paylaşımda qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR