Paşha Bank
Bank Of Baku

Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq

Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq
# 05 oktyabr 2026 11:01 (UTC +04:00)

Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq, məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsi və "Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, özəl məhkəmə ekspertləri fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınacaqlar. Məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqaviləyə əsasən alınan haqlar qeyri-sahibkarlıq fəaliyyətindən gəlir sayılacaq. Bu haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyekti olacaq, 10 faiz dərəcə ilə vergi tutulacaq. Özəl məhkəmə ekspertləri vergi orqanlarına bəyannamə verəcəklər. Özəl məhkəmə ekspertləri özəl məhkəmə ekspertlərinin fəaliyyətinə görə onlara ödənilən ekspertiza haqlarına münasibətdə hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verməli, hər ay hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

"Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişikliyə görə, özəl məhkəmə ekspertləri məcburi dövlət sosial sığortasına cəlb olunacaq, gəlirlərinin (xərclər çıxılmaqla) 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.

"Tibbi sığorta haqqında" qanuna tıklif olunan dəyişikliyə əsasən, vergi ödəyicisi kimi vergi uçotuna alınmış özəl məhkəmə ekspertləri sığortalı qismində özləri çıxış edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR