Bank Of Baku

Azərbaycanın Britaniya ilə müsbət ticarət saldosu 9 dəfəyədək artıb

Azərbaycanın Britaniya ilə müsbət ticarət saldosu 9 dəfəyədək artıb
# 20 aprel 2022 11:03 (UTC +04:00)

Bu ilin I rübündə Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsinin həcmi 178,575 mln. dollar təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 10,1% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycandan Böyük Britaniyaya ixrac ötən ilin analoji dövrü ilə müqayisədə 52,3% artaraq 130,948 mln. manat təşkil edib. İxracın 95,9%-ini neft və neft məhsulları təşkil edib. İdxalın həcmi isə illik müqayisədə 37,5% azalaraq 47,626 mln. dollara enib.

Nəticədə, 2022-ci ilin yanvar-mart aylarında 83,3 mln. dollarlıq mübət saldo yaranıb ki, bu da illik müqayisədə 8,6 dəfə artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR