Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın Çinlə apardığı ticarət dövriyyəsinin həcmi 1 543,4 mln. dollar təşkil edib ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2,1 dəfə artıb.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, eyni zamanda, hesabat dövründə ixracın həcmi 21 dəfə artaraq 693,7 mln. dollara, idxalın həcmi isə 17,9% artaraq 849,7 mln. dollara bərabər olub.
Bu ilin yanvar-avqust aylarında Çinlə ticarət dövriyyəsində 158 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu da illik müqayisədə 4,4 dəfə azdır.