Bank Of Baku

BFB-nin dövriyyəsi 1,5% artıb

BFB-nin dövriyyəsi 1,5% artıb
# 07 oktyabr 2019 11:07 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Bakı Fond Birjasında (BFB) qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 11 007 995 721 manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,45% çoxdur.

BFB-dən “APA-Economics”ə verilən məluamat görə, 2019-cu ilin sentyabr ayına Bakı Fond Birjasının kapitalizasiyası 3 380 096 669 manat təşkil edib. Ümumilikdə, Birjanın kapitalizasiyası əvvəlki aya nisbətən 0,19% artıb.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% azalaraq 9 315 330 154 manat, korporativ qiymətli kağızlar bazarı isə 28,1% artaraq 849 747 636 manat təşkil edib.

Cari ilin ilk doqquz ayında repo əməliyyatlarının həcmi illik müqayisədə 54,5% artaraq 842 917 931 manata bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR