Azərbaycanın maliyyə aktivlərinin dinamikası öhdəliklərin artımını üstələyib

Azərbaycanın maliyyə aktivlərinin dinamikası öhdəliklərin artımını üstələyib
# 14 sentyabr 2021 11:33 (UTC +04:00)

Bu ilin ilk yarısında Azərbaycanın xalis maliyyə aktivləri 695,6 mln. ABŞ dolları artıb ki, bu da xaricə yönəldilmiş birbaşa investisiyalar (182,7 mln. dollar), portfel investisiyaları (255 mln. dollar) və digər investisiyalar (257,9 mln. dollar) hesabına formalaşıb.

"APA-Economics"in Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 117,1 mln. dollar artıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (76,6 mln. dollar), neft bonusu (452,1 mln. dollar), portfel investisiyaları (0,6 mln. dollar) və digər investisiyalar (-412,2 mln. dollar) hesabına formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR