Azərbaycanın sığorta bazarı 10%-dək böyüyüb

Azərbaycanın sığorta bazarı 10%-dək böyüyüb
# 22 sentyabr 2021 12:18 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin xətti ilə 580,597 mln. manat məbləğində sığorta haqqı toplanılıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 9,8% çoxdur.

Hesabat dövründə şirkətlər tərəfindən ödənilən sığorta haqlarının həcmi isə illik ifadədə 29,2% artaraq 339,866 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR