Bank Of Baku

Azərbaycanın xaricə birbaşa investisiyaları 5 mlrd. dollara yaxın olub

Azərbaycanın xaricə birbaşa investisiyaları 5 mlrd. dollara yaxın olub
# 15 sentyabr 2026 11:23 (UTC +04:00)

2026-cı ilin ilk 6 ayında Azərbaycanın xaricə birbaşa xarici investisiyalarının həcmi təxminən 5 milyard ABŞ dolları təşkil edib.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, bu, kapital və maliyyə hesabında yaranan kəsirin əsas amillərindən biri olub. Hesabat dövründə birbaşa xarici investisiyalar maddəsində xalis olaraq 4 milyard dollarlıq kəsir formalaşıb.

Samir Nəsirov qeyd edib ki, xaricə yönəldilən birbaşa investisiyaların əsas istiqamətləri arasında İtaliya, Türkiyə, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstan yer alıb.

O bildirib ki, hesabat dövründə ölkəyə yatırılan birbaşa xarici investisiyaların həcmi isə 3,6 milyard dollar təşkil edib.

Ölkəyə daxil olan birbaşa xarici investisiyalarda əsas investor ölkələr sırasında Böyük Britaniya, Türkiyə, Çin, Rusiya və İran qərarlaşıb.

AMB rəsmisi əlavə edib ki, xaricdəki birbaşa investisiyalardan 3,8 milyard dollar repatriasiya olunub. Bu vəsaitlərin əsas hissəsi xammal və təbii qaz sahələri ilə bağlı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR