Bank Of Baku

Azərbaycanın xarici dövlətlərlə xidmət dövriyyəsi 3.3 mlrd. dollar təşkil edib

Azərbaycanın xarici dövlətlərlə xidmət dövriyyəsi 3.3 mlrd. dollar təşkil edib
# 08 iyun 2023 15:32 (UTC +04:00)

2023-cü ilin I rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 3.3 mlrd. dollar təşkil edib. Bunun 2 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1.3 mlrd. dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir.

Qeyd edək ki, ümumilikdə, xidmətlər balansında yaranan kəsir 9.4% artaraq 0.7 mlrd.$ olmuşdur. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 508.6 mln.$ (6.6% artım) olmuşdur. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 178.2 mln.$ (18.6% artım) olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR